Şəmkirdə ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub

Şəmkirdə ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində başvermiş yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti məlum olub
Hadisə
7 Noyabr , 2022 19:53
Şəmkirdə ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində başvermiş yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 55 yaşlı Telman Sultan oğlu Kərimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Şəmkir rayon "Səbət" bazarı yaxınlığında qeydə alınıb. "Ford" markalı kiçik tutumlu yük maşının idarəetmədən çıxaraq yol kənarında dayanan minik avtomobilinə çırpılması nəticəsində minik maşının qarşısında dayanmış həmin nəqliyyat vasitəsinin sürücüsü zərbənin gücündən maşının altında qalıb və aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

19:21

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi