Bakı. 29 mart. REPORT.AZ/ Şəmkir su anbarı ərazisində 3 nəfər motorlu qayıqla qadağan olunmuş əraziyə daxil olublar.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, FHN-nin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:30-da başa çatıb.