Bakı. 19 avqust. REPORT.AZ/ Şəmkir rayonunda qatar kişini vuraraq öldürüb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şəmkir rayonunun Zəyəm qəsəbəsində, Qazax-Bakı sərnişin qatarı ilə Sabirkənd kənd sakini Xaliq Bayramov vurulub. X.Bayramov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.