​Şəmkir sakini su anbarında batıb

​Şəmkir sakini su anbarında batıb Onun cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Hadisə
22 İyul , 2015 08:52
​Şəmkir sakini su anbarında batıb

Bakı. 22 iyul. REPORT.AZ/ Şəmkir rayonunda su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 130 km aralı, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Vəliyev Əli İlqar oğlu batıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ə.Vəliyevin cəsədi batdığı yerdən, tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi