​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub

​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Avqust , 2015 15:18
​Səkkiz vətəndaşın mobil telefonunu oğurlayan şəxs tutulub

Bakı. 8 avqust. REPORT.AZ/ Səkkiz vətəndaşın mobil telefonlarını oğurlayan şəxs tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi və DİN-in Çevik Polis Alayı əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  8 vətəndaşın mobil telefonlarını oğurlayan Bakı şəhər sakini Ramin Rzazadə həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi