​Şəkidə yük avtomobili piyadanı vurub

​Şəkidə yük avtomobili piyadanı vurub Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
5 Avqust , 2016 08:47
​Şəkidə yük avtomobili piyadanı vurub

Bakı. 5 avqust. REPORT.AZ/ Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Belə ki, "24-AC-329" dövlət seriya nişanlı, "Mercedes" markalı yük avtomobili kənd sakini, 1965-ci il təvəllüdlü Bayram Məmmədiyyə oğlu Əhmədovu vurub.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi