​Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

​Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib 77 yaşlı qadın hadisə yerində ölüb
Hadisə
13 İyun , 2015 01:08
​Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 13 İyun. REPORT.AZ/ Ötən gün axşam saat 22 radələrində Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Şəki şəhər sakini İlqar Mehman oğlu İsmayılov idarə etdiyi 55-BK-077 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə 1938-ci il təvəllüdlü şəhər sakini Tahirova Tədiqə Qərib qızını vurub.

Hadisə şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. 77 yaşlı qadın təcili tibbi yardım maşını hadisə yerinə gəlincəyə qədər keçinib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi