Şəkidə özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb

Şəkidə özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
6 Oktyabr , 2016 11:58
Şəkidə özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb

Şəki. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəki rayonunun Aşağı Göynük kəndində qeydə alınıb.

Rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıb. Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb. Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi