Şəkidə köhnə xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəkidə köhnə xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB Şəkidə köhnə uşaq xəstəxanası yanıb.
Hadisə
29 Mart , 2023 22:31
Şəkidə köhnə xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəkidə köhnə uşaq xəstəxanasında baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Şəki şəhərində ümumi sahəsi 612 m² olan birmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın (əvvəllər xəstəxana kimi fəaliyyət göstərib) yanar konstruksiyaları 360 m² sahədə yanıb. Binanın qalan hissəsi, bitişik olan üç korpus binası və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

21:28

Şəkidə köhnə uşaq xəstəxanası yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, Mirzə Fətəli Axundzadə küçəsində yerləşən və hazırda istifadə edilməyən xəstəxanada baş verib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yanğının ətrafda yerləşən və yaşayış olmayan digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə FHN-nin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi