Bakı. 15 fevral. REPORT.AZ/ Şəki rayonunda yanğın hadisəsi qeydə alınıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Oxud kəndində vətandaşa məxsus ümumi sahəsi 368 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 184 kv.m) 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:10-da söndürülüb.