Şəki şəhərində ev yanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış meyiti aşkar edilib.
İlkin ehtimala görə, yanğın qaz sobasından baş verib.
Faktla bağlı araşdırma aparılır.