Şəkidə əlində silah açılan gənc oğlan yaralanıb

Şəkidə əlində silah açılan gənc oğlan yaralanıb Hadisə bu gün səhər saatlarında Şəki şəhəri birinci rayon, Haqverdiyev küçəsi, ev 95 ünvanında baş verib
Hadisə
19 Sentyabr , 2016 12:10
Şəkidə əlində silah açılan gənc oğlan yaralanıb

Şəki. 19 sentyabr. REPORT.AZ/ Şəkidə əlində silah açılan gənc oğlan yaralanıb.

“Report”un Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri birinci rayon, Haqverdiyev küçəsi, ev 95 ünvanında baş verib.

Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Həmidov Həsən Gündüz oğlu bədəninin müxtəlif nayihələrindən aldığı xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a verilən məlumata görə, yaralı daxil olan zaman vəziyyəti orta-ağır olub: “Həsən Həmidovun sol əlinin arxa səthinin və ayağın bazu sümüyünün üçdə birinin didilmiş-cılrılmış yaraları var. Yaralı hazırda əməliyyat olunur”.

H.Həmidov həkimlərə bildirib ki, hadisə evində silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşları hazırda hadisə yerində araşdırmalar aparırlar.

Son xəbərlər

Orphus sistemi