Şəki bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Şəki bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO Alovun söndürülməsinə Qax və Şəki rayonlarının yanğınsöndürənləri cəlb edilib
Hadisə
12 Oktyabr , 2016 11:20
Şəki bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Şəki. 12 oktyabr. REPORT.AZ/  Şəki rayonunda bazarda baş verən yanğın söndürülüb. “Report”un Şimal-qərb bürosunun xəbərinə görə, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürənlər yanğını söndürüb.

*** 08:42

Şəki bazarında yanğın başlayıb.

"Report" xəbər verir ki, nəticədə ticarət mərkəzinin bir hissəsi yanıb.

Alovun söndürülməsinə Qax və Şəki rayonlarının yanğınsöndürənləri cəlb edilib.

Yanğının hazırda davam etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi