Şəkidə avtomobil 32 yaşlı qadını vurub

Şəkidə avtomobil 32 yaşlı qadını vurub Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Yanvar , 2020 22:00
Şəkidə avtomobil 32 yaşlı qadını vurub

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Şəki sakini, 32 yaşlı Həcər Bəkirova yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi