Bakı. 5 May. REPORT.AZ/ Şəki rayonunda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Bağbanlar küçəsi, döngə 10, ev 4, mənzil 7-də baş verib.
Şəki rayon sakini 1933-cü il təvəllüdlü İlyasov Ziya Abdulsalam oğlunun ipdən asılmış meyiti yaşadığı evin həyətindəki altıaçıqda tapılıb.
İntiharın səbəbləri Şəki rayon Prokurorluğunda araşdırılır.