​Şəkidə 43 yaşlı qadın borca görə intihara cəhd edib

​Şəkidə 43 yaşlı qadın borca görə intihara cəhd edib Hazırda bir uşaq anasının vəziyyəti stabildir
Hadisə
4 Noyabr , 2015 23:12
​Şəkidə 43 yaşlı qadın borca görə intihara cəhd edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Şəkidə intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir uşaq anası, Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Rayon hüquq-mühafizə orqanlarından verilən məlumatda qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etmək istədiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi