Bakı. 15 sentyabr. REPORT.AZ/ Şəki sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şəki rayon sakini Elmir Abdulrəhmanov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.