Sumqayıtda şəhid ailəsinə məxsus mağazadan oğurluq edilib

Sumqayıtda şəhid ailəsinə məxsus mağazadan oğurluq edilib Bu, son iki ildə mağazada edilən 3-cü oğurluq hadisəsidir
Hadisə
13 Dekabr , 2014 14:58
Sumqayıtda şəhid ailəsinə məxsus mağazadan oğurluq edilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində şəhid ailəsinə məxsus mağazadan oğurluq edilib. Bu barədə "Report"a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 45-in qarşısındakı dükanda baş verib. Naməlum şəxs və ya şəxslər Hacıağayeva Gülnaz Dadaş qızına məxsus mağazaya daxil olaraq oradan dəyəri iki min manat olan tütün məmulatları oğurlayıblar. Oğurluq edən şəxs və ya şəxslərin tutulması istiqamətində axtarışlar davam etdirilir.

Bu mağazadan son iki ildə artıq üçüncü dəfədir ki, oğurluq edilir. Sonuncu dəfə G.Hacıağayevaya məxsus dükandan bu ilin avqust ayının 19-da oğurluq edilib. Həmin vaxt cinayətkarlar sahibkara 5 min manat ziyan vurublar.

Qeyd edək ki, G.Hacıağayevanın oğlu Ələsgər Atamoğlanov 1994-cü ildə Qarabağ müharibəsi zamanı şəhid olub.

Son xəbərlər

Orphus sistemi