​Səfər Əbiyevin sabiq müavininə hökm oxunub

​Səfər Əbiyevin sabiq müavininə hökm oxunub Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
22 Aprel , 2016 16:16
​Səfər Əbiyevin sabiq müavininə hökm oxunub

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi