​Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

​Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb Məhkəmə prosesi aprelin 1-nə təyin edilib
Hadisə
18 Mart , 2016 11:53
​Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək proses M.Səlimovun vəkilinin iştirak etməməsi səbəbindən təxirə salınıb.

Məhkəmə prosesi aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi