Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb Şahid prosesə gəlməyib
Hadisə
22 Yanvar , 2016 14:37
Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəməsi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb şahid Tərlan Yusifovun iclasa gəlməməsi olub.

Məhkəmənin növbəti iclası 29-na təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi