Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək iclasın təxirə salınmasına səbəb M.Səlimovun vəkilinin məhkəməyə gəlməməsi olub.
Proses martın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.