Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb Məhkəmənin növbəti prosesi fevralın 12-nə təyin edilib
Hadisə
5 Fevral , 2016 12:08
Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycanın müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb M.Səlimovun müdafiəçilərinin iclasda iştirak etməməsi olub.

Məhkəmənin növbəti prosesi fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi