Səfər Əbiyevin müavininin məhkəməsi baş tutmayıb

Səfər Əbiyevin müavininin məhkəməsi baş tutmayıb Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib
Hadisə
2 Oktyabr , 2015 12:25
Səfər Əbiyevin müavininin məhkəməsi baş tutmayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimovun keçirilməsi planlaşdırılan cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi işdə proses vəkilin gəlməməsi səbəbindən təxirə salınıb.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi