Bakı. 5 aprel. REPORT.AZ/ Səhər saatlarında Bakının Səbail rayonu ərazisində vətəndaşa məxsus “Volkswagen” markalı minik avtomobilində yanğın olub.
"Report" xəbər verir ki, nəticədə maşının mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.