Sankt-Peterburqda daha bir azərbaycanlı öldürülüb

Sankt-Peterburqda daha bir azərbaycanlı öldürülüb Fakt üzrə cinayət işi açılıb
Hadisə
26 Yanvar , 2016 10:44
Sankt-Peterburqda daha bir azərbaycanlı öldürülüb

Bakı. 26 Yanvar. REPORT.AZ/ Sankt-Peterburqda bıçaqlanma hadisəsi baş verib."Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zərərçəkən Azərbaycan vətəndaşı olub.

Məlumata görə, yanvarın 25-də gecə Aleksandrovskaya xəstəxanasına Azərbaycan vətəndaşı olan 32 yaşlı kişi gətirilib. Amma xəstəxanaya gəlməsindən bir ssat sonra o, aldığı çoxsaylı bıçaq yaraları səbəbilə ölüb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, adı açıqlanmayan azərbaycanlı Krılenko küçəsindəki bilyard klubundan xəstəxanaya gətirilib və hazırda hadisə ilə bağlı istintaq aparılır.

Fakt üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi