​Rusiyada qadın azərbaycanlı ərindən xilas olmaq üçün özünü binadan atıb

​Rusiyada qadın azərbaycanlı ərindən xilas olmaq üçün özünü binadan atıb Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Hadisə
5 Yanvar , 2015 22:49
​Rusiyada qadın azərbaycanlı ərindən xilas olmaq üçün özünü binadan atıb
Bakı. 5 yanvar. REPORT.AZ/ Sankt-Peterburqun Nevski rayon sakini 45 yaşlı azərbaycanlı ərindən xilas olmaq üçün özünü binanın mənzilindən aşağı atıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, insident yanvarın 5-də təqribən saat 01.40 radələrində, Narodnaya küçəsi, ev 59-da baş verib.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlum olub edib ki, kişi evə sərxoş gəlib və dava salıb. O, həyat yoldaşını dəfələrlə döyüb. Lakin bu dəfə qadın ondan pəncərədən tullanmaqla xilas olmağa çalışıb.

Həmyerlimiz polis tərəfindən saxlanılıb. Kişi o qədər sərxoş olub ki, həyat yoldaşının yaşını və adını deyə bilməyib.

Son xəbərlər

Orphus sistemi