Samuxda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb

Samuxda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb Yaralı dərhal əməliyyat olunub
Hadisə
1 Oktyabr , 2016 01:16
Samuxda yol qəzası baş verib, 1 nəfər ağır yaralanıb

Samux. 1 oktyabr. REPORT.AZ/ Samux rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, Samux rayon Sərkar kənd sakini, 1980-ci il təvəllüdlü Nişad Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.

Dərhal əməliyyat edilən yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, N.Nəsibov idarə etdiyi "VAZ" markalı avtomobil ilə qəzaya düşərək yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi