Samuxda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib - FOTO

Samuxda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib - FOTO Dəstə üzvlərinin əməlindən zərərçəkənlərin sayının artacağı güman olunur
Hadisə
18 Dekabr , 2014 15:53
Samuxda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib - FOTO

Bakı. 18 dekabr. REPORT.AZ/ Samux rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Samux Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, dəstə üzvləri son 6 ay ərzində yaşadıqları Sərkar kəndində 4, Gəncə şəhəri Cavadxan qəsəbəsindən 1 mənzildən xeyli miqdarda qiymətli əşya oğurlayıb. Əməliyyat zamanı ardıcıl oğurluqlar törədən kənd sakinləri 32 yaşlı Emin və 22 yaşlı Tural Məmmədovlar, eləcə də 36 yaşlı Xəyal Əsgərov və 17 yaşlı Tofiq Məmmədov saxlanılıb. Onlar son 6 ay ərzində müxtəlif şəxslərə məxsus mənzillərdən 4700 manat nağd pul və 4500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Bundan başqa, dəstə üzvləri bəzi mənzillərdən ev quşları və qiymətli əşya da oğurlayıb. Əldə olunan qənimət isə ətraf şəhər və rayonlarda müxtəlif şəxslərə satılıb. Dəstə üzvlərinin əməlindən zərərçəkənlərin sayının artacağı güman olunur. Hazırda polis bu istiqamətdə araşdırmaları davam etdirir. 

Son xəbərlər

Orphus sistemi