​Samuxda qardaş bacısını qətlə yetirib

​Samuxda qardaş bacısını qətlə yetirib Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
8 İyun , 2016 20:27
​Samuxda qardaş bacısını qətlə yetirib

Samux. 8 iyun. REPORT.AZ/ Samuxda qardaş bacısını qətlə yetirib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Hacallı kəndində baş verib. 

Belə ki, kənd sakini, 1984-cu il təvəllüdü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanın yaşadığı evə gedərək onu soyuq silahla qətlə yetirib. 

C.Həsənov polis tərəfindən saxlanılıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.  

Qeyd edək ki, G.Həsənova bir müddət əvvəl boşanıb və bir övladı var.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi