Samux və Sumqayıtda yanğın qeydə alınıb

Samux və Sumqayıtda yanğın qeydə alınıb Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Hadisə
9 Noyabr , 2014 07:17
Samux və Sumqayıtda yanğın qeydə alınıb
Bakı. 9 noyabr. REPORT.AZ/ Samux və Sumqayıtda ötən gecə yanğın hadisəsi qeydə alınıb.

Report-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Samux rayonu, Kolayır kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub. Nəticədə evin 1 otağının tavanı 32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və 30 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi