​Samux sakinini ilan sancıb

​Samux sakinini ilan sancıb Xəstəxanadan onun vəziyyətinin ağır olduğunu bildiriblər
Hadisə
31 May , 2016 20:08
​Samux sakinini ilan sancıb

Samux. 31 may. REPORT.AZ/ Samuxda ilansancma hadisəsi qeydə alınıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Sərkar kənd sakini, 1984-cü il təvəllüdlü Elcan Tağıyev həyətyanı sahədə işləyərkən ilan onun əlindən sancıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralıya dərhal ilan zəhəri əleyhinə zərdab vurulub.

Xəstəxanadan "Report"a onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi