Samux rayonunda sərxoş gənc bıçaqlanıb

Samux rayonunda sərxoş gənc bıçaqlanıb Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil
Hadisə
10 Sentyabr , 2016 00:22
Samux rayonunda sərxoş gənc bıçaqlanıb

Samux. 10 sentyabr. REPORT.AZ/ Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Samux rayon Polis şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, 1984-cu il təvəllüdlü rayon sakini Amin Namazov döyülərək bıçaqlanıb.

Hadisə baş verən zaman zərərçəkən içkili vəziyyətdə olub. İnsidentin səbəbləri hələlik məlum deyil.

Yaralı Gəncə şəhərindəki özəl tibb müəsissələrindən birinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hazırda polis hadisənin baş vermə səbəblərini və A.Namazovun kim tərəfindən bıçaqlandığını araşdırır.

Son xəbərlər

Orphus sistemi