Samur-Abşeron kanalında batan kişinin cəsədi 31 km aralıda tapılıb

Samur-Abşeron kanalında batan kişinin cəsədi 31 km aralıda tapılıb 1973-cü il təvəllüdlü Kamilov Rəhman Ziyafət oğlunun cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
23 Avqust , 2015 18:21
Samur-Abşeron kanalında batan kişinin cəsədi 31 km aralıda tapılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Samur-Abşeron kanalında üç gün əvvəl batan 42 yaşlı kişinin cəsədi tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, 20.08.2015-ci il tarixdə Siyəzən rayonu Samur-Abşeron kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 13 km aralı, nəzarətsiz ərazidə) batmış 1973-cü il təvəllüdlü Kamilov Rəhman Ziyafət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən batdığı yerdən 31 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:21-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi