Bakı. 10 iyul. REPORT.AZ/ Şamaxı rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Çöl Göylər kəndində qeydə alınıb.
Belə ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.