​Şamaxıda piyadanı maşın vurub

​Şamaxıda piyadanı maşın vurub Şəhər sakini Elxan Baloğlanov yüksək sürətlə hərəkət edən minik avtomobili tərəfindən vurulub
Hadisə
12 İyun , 2016 23:44
​Şamaxıda piyadanı maşın vurub

Bakı. 12 iyun. REPORT.AZ/ Samaxıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. "Report"un Aran bürosunun xəbərinə görə, hadisə rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Şəhər sakini Elxan Baloğlanov marketdən alış-veriş edib çıxan zaman kücədə yüksək sürətlə hərəkət edən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı xəsarət almış E. Baloğlanov dərhal Samaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətmiş sürücü saxlanılıb. 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi