Şamaxı. 22 iyul. REPORT.AZ/ Şamaxı şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, iyulun 21-də saat 17 radələrində Şamaxı şəhər sakinləri Rəhim Ömərovun idarə etdiyi “Mercedes” və Qahir Alıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Q.Alıyev hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.