​Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

​Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
29 İyun , 2016 16:43
​Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fərid Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

“Report”un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Cəlilovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, yol qəzası ötən il fevral ayının 23-də Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü F.Cəlilovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfədən gələn “KaMAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21015”in sərnişinləri - 1992-ci il təvəllüdlü Rza Fazilzadə və 1991-ci il təvəllüdlü Vüqar Mütəllimov dünyasını dəyişib, sürücü F.Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılıb. Araşdırmaların sonunda F.Cəlilov yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi