Bakı. 4 aprel. REPORT.AZ/ Şamaxı rayonunun Dədəgünəş və Çağan kəndlərinə gedən avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb. "Report"un məlumatına görə, Şamaxı rayonu, Çuxuryurd kəndində yağan yağışlar səbəbindən avtomobil yolu su altında qalıb. Nəticədə Dədəgünəş və Çağan kəndlərinə gedən avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılıb. Dərhal Mülki Müdafiə Qoşunlarının müvafiq bölmələri hadisə yerinə cəlb olunub və suçəkmə işlərinə başlanılıb.
Şamaxıda iki kəndin avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Hadisə
4 Aprel , 2016
18:11
https://static.report.az/photo/614ee66d-54a7-4bd3-b7f2-43e658d9fa09.jpg