Şamaxıda baş verən avtomobil qəzasında bir nəfər ölüb

Şamaxıda baş verən avtomobil qəzasında bir nəfər ölüb "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik maşını toqquşub
Hadisə
9 May , 2015 08:29
Şamaxıda baş verən avtomobil qəzasında bir nəfər ölüb

Bakı. 9 May. REPORT.AZ/ Şamaxı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. FHN-dən "Report"a verilən məlumata görə, rayonun Sabir qəsəbəsində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik maşın toqquşub. Toqquşma nəticəsində "VAZ" markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq hadisə yerində dünyasını dəyişib. 

Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:49-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi