Şamaxıda avtomobil ağaca çırpılıb

Şamaxıda avtomobil ağaca çırpılıb Sərniş və sürücü avtomobildən çıxarılıblar
Hadisə
21 May , 2015 22:38
Şamaxıda avtomobil ağaca çırpılıb

Bakı. 21 May. REPORT.AZ/ Şamaxı rayonunun Çuxuryurd kəndidə (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nəticədə avtomobildə şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin yanğınsöndürən-xilasedicilir hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılıb. Avtomobilin sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 19:15-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi