Şamaxı sakini evində yanaraq ölüb

Şamaxı sakini evində yanaraq ölüb Ağagül Soltanının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb
Hadisə
26 Mart , 2015 19:20
Şamaxı sakini evində yanaraq ölüb

Bakı. 26 mart. REPORT.AZ/ Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi