Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın Şamaxı rayonunda donvurma nəticəsində bir nəfər dünyasını dəyişib. "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də Şamaxı rayonunun Nağaraxana kənd sakini Nikolay Kritin evdən çıxıb və geri qayıtmayıb.
Nikolay Kritinin üzərində zorakılıq əlamətləri görünməyən, donmuş halda olan meyiti Cabanı kəndində tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.