Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın Şamaxı rayonunda zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda bildirilir.
Bakı vaxtı ilə saat 12:24-də Pirquludan 13 km cənubda Şamaxı ərazisində qeydə alınan zəlzələnin təkanları hiss edilməyib.
Qeyd edək ki, 14 km dərinlikdə qeydə alınan təkanların maqnitudası 3,1 təşkil edib.