Salyanda yük maşını aşıb, sürücü yaralanıb

Salyanda yük maşını aşıb, sürücü yaralanıb Hadisə Ələt-Astara magistral yolunda baş verib
Hadisə
15 Sentyabr , 2016 07:52
Salyanda yük maşını aşıb, sürücü yaralanıb

Salyan. 15 sentyabr. REPORT.AZ/ Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakının Qaradağ rayon sakini, 33 yaşlı Elşən Qaçay oğlu Babayevin sükanı arxasında olduğu “KamAZ” markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi