Salyanda yol qəzası baş verib, iki nəfər ağır yaralanıb

Salyanda yol qəzası baş verib, iki nəfər ağır yaralanıb “VAZ-21015” markalı avtomobil “KAMaz” markalı yük maşını ilə toqquşub
Hadisə
15 Avqust , 2016 18:18
Salyanda yol qəzası baş verib, iki nəfər ağır yaralanıb

Salyan. 15 avqust. REPORT.AZ/ Salyan rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bir neçə dəqiqə bundan əvvəl Ələt-Astara magistral yolunu rayonun Noxudlu kəndinə gedən yolun yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobil “KAMaz” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 2 nəfər ağılr yaralanıb. Onların soyadları bilinməsə də, birinin adının Yasər, digərinin isə Rəsul olduğu dəqiqləşdirilib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi