​Salyanda yaşlı qadın qardaşı uşaqları tərəfindən döyülüb

​Salyanda yaşlı qadın qardaşı uşaqları tərəfindən döyülüb Qadın ciddi xəsarət alıb
Hadisə
31 May , 2016 22:00
​Salyanda yaşlı qadın qardaşı uşaqları tərəfindən döyülüb

Salyan. 31 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Salyanın Qaraşala qəsəbəsində qadın döyülüb.

“Report” xəbər verir ki, 56 yaşlı qəsəbə sakini Zərqələm Mirzağa qızı Əliyeva baş və üz, hər iki bazu sağrı nahiyələrinin zədələnməsi və digər bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən qadına ilk tibbi yardım göstərilib. Zərərçəkən ona Natiq və Cavad adlı qardaşı uşaqlarının xəsarət yetirdiklərini bildirib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi