Salyanda süd zavodundan seyf oğurlanıb

Salyanda süd zavodundan seyf oğurlanıb Seyfdə 7 min manatdan çox pul olub
Hadisə
4 Yanvar , 2016 20:05
Salyanda süd zavodundan seyf oğurlanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Salyan rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gecə Salyan şəhəri, İsa Quliyev küçəsində yerləşən "Salyan Süd" zavodunda qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər zavoda daxil olaraq müəssisəyə məxsus seyfi oğurlayıblar. İlkin məlumata görə, oğurlanan seyfin içərisində 7 min manatdan çox pul olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi