​Salyanda sərxoş kişi özünə xəsarət yetirib

​Salyanda sərxoş kişi özünə xəsarət yetirib Hadisə onun şüşəyə yumruq vurması nəticəsində baş verib
Hadisə
4 May , 2016 07:47
​Salyanda sərxoş kişi özünə xəsarət yetirib

Bakı. 4 May. REPORT.AZ/ Salyan rayonunun Boranıkənd kəndində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 34 yaşlı yerli sakin Elşad Daxil oğlu Məmmədov sərxoş vəziyyətdə evin pəncərəsinə zərbə endirib və nəticədə şüşə sınmaqla yanaşı onun sağ qolu ağır yaralanıb, dirsək arteriyası kəsilib.

Vəziyyəti ağır olan yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin yardımından sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi