Salyanda minik avtomobili kollektora düşüb, sürücü ölüb

Salyanda minik avtomobili kollektora düşüb, sürücü ölüb Sürücünün cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
26 Fevral , 2015 02:07
Salyanda minik avtomobili kollektora düşüb, sürücü ölüb

Bakı. 26 Fevral. REPORT.AZ/ Salyan rayonunda Məmmədov Məhəbbət Səyyad oğluna məxsus “VAZ” markalı minik avtomobili kollektora düşüb. 

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata cavab olaraq, FHN-nin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

M.Məmmədovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:43-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi